Kibariye azərbaycanlı müğənnini yalançı adlandırdı (VİDEO)

Kibariye azərbaycanlı müğənnini yalançı adlandırdı (VİDEO)
Video
Şou-biznes 2463

Son zamanlar mətbuatda müğənni-bəstəkar "Qala" qrupunun rəhbəri Ceyhun Əliyevin türkiyəli məşhur müğənni Kibariyə ilə duet söhbətləri səngimək bilmir.

BAKU.WS xəbər ki, müğənni duet oxumaq üçün Kibariyəyə təklif edib. Ancaq bu arzusu ürəyində qalıb. Səbəbsə türkiyəli sənətçinin həmyerlimizdən 20 min dollar tələb etməsi olub.

Məsələ ilə bağlı ATB TV-də yayımlanan "Türk şou-maqazin" proqramına danışan Kibariyə bütün bu olanların sadəcə şayiə olduğunu bildirib: "Mənə təklif gəlməyib. Bütün bu danışılanlar yalandır".

Qeyd edək ki, "Qala" qrupunun rəhbəri Ceyhun Əliyev: "Elə buna görə də onunla birgə duet oxumaq fikrimdən daşındım", - deyərək açıqlama vermişdi.

"Türk şou-maqazin" proqramı hər həftənin şənbə günü 21:00-da ARB TV-də yayımlanır.

Aysel.Ş

BAKU.WS

Son xəbərlər