Keçmiş baş nazirin xanəndə kürəkəni "Kanal D"də qonaq oldu - VİDEO

Keçmiş baş nazirin xanəndə kürəkəni Kanal Ddə qonaq oldu - VİDEO
Video
Şou-biznes 1101

Xanəndə Pərviz Qasımov Türkiyənin "Kanal D" televiziyasında qonaq olub.

BAKU.WS xəbər verir ki, muğam ifaçısı məşhur aparıcı Özlem Yıldızın reytinqli verilişi "Konuştukca"da iştirak edib.

Efir zamanı Pərviz "Sən gəlməz oldun" mahnısını səsləndirib. Onun ifası aparıcılar Özlem Yıldızla Dr. Biran Ekici tərəfindən çox bəyənilib.

Bu barədə Qasımov sosial şəbəkə hesabında bildirib.

O, dəvətə görə "Kanal D" televiziyasının bütün heyətinə təşəkkür edib.

Xatırladaq ki, Pərviz Qasımov Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Prezident təqaüdçüsüdür. Xanəndə sabiq baş nazir Novruz Məmmədovun qızı Firuzə Məmmədova ilə evlidir. Cütlüyün Qasım adlı azyaşlı övladı var.

BAKU.WS həmin görüntüləri təqdim edir:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər