Kamran Həsənli Manaf Ağayev, toylar kralı və “incə” kişi aparıcılardan danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.TV-də yayımlanan “Qapqara” verilişinin budəfəki qonağı şoumen, aparıcı Kamran Həsənli olub.
O, şoumenliyə birmənalı münasibət göstərilməməsindən danışıb.
Şoumenin yumor qabiliyyətinə, fəlsəfi düşüncəyə, musiqi duyumuna, siyasi biliyə malik olmasının vacibliyini vurğulayan aparıcı qeyd edib:
“Azərbaycan televiziyalarındakı aparıcıların içində bir nəfər də şoumen yoxdur. Ona görə də bizdə bu obrazın mahiyyəti fərqli başa düşülür”.
K.Həsənli “Toylar kralı” müsabiqəsinə görə qınanmasına da münasibət bildirib:
“Manaf həmin müsabiqədə 1 milyon 600 min SMS yığıb. Azərbaycan verilişlərində heç vaxt belə bir şey olmayıb və olmayacaq. Səs verən mən deyildim, siz idiniz. Amma məni günahlandırırsınız”.
Verilişin aparıcısının “İncə, estrogeni çox olan aparıcılarla əvəz olunmağınız da siyasət idi?” sualına isə şoumen belə cavab verib.
“Kim həyatını necə istəyirsə, elə də yaşamalıdır. Elton Con, yaxud Zeki Müren sənətkardır. Amma bəzilərinin incə olduğuna görə populyarlaşması bəladır”.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...