Jony və Navai polisə çağırıldı - Dələduzluq ittihamı ilə

Jony və Navai polisə çağırıldı - Dələduzluq ittihamı ilə
Şou-biznes 264

Rusiyada tanınmış azərbaycanlılara qarşı cinayət işi açılıb.

BAKU.WS xəbər verir ki, bu haqda Rusiyanın "Komsomolskaya pravda" qəzetində məlumat yer alıb.

Bildirilib ki, orada yaşayan məşhur müğənnilər Jony (Cahid Hüseynli) və Hammali & Navai duet ortaqları genişmiqyaslı dələduzluqda ittiham olunurlar.

“Dom-2” televiziya layihəsinin iştirakçısı olan 33 yaşlı Alina Yan külli miqdarda dələduzluqda ittiham etdiyi rusiyalı prodüser Alina Raşidovadan polisə şikayət edib.

Qeyd edilib ki, prodüser əlbir olduğu şəxslərlə ondan 8 milyon rubl (təxminən 183 000 AZN) pul alıb. Onu Jony-nin (Cahid Hüseynli) klipində çəkəcəyini söz versə də, pulu aldıqdan sonra bu fikirindən daşınıb.

Artıq Navai və Jony polis bölməsinə çağırılıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər