“Ilgar Aliyev Models Fashion Night 2018” adlı möhtəşəm mərasim baş tutub - FOTOLAR
24
avq
2018
13:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 17-də Şıx çimərliyində yerləşən “Mambo Beach Club & Restourant”-da “Ilgar Aliyev Models Fashion Night 2018” adlı möhtəşəm mərasim baş tutub. BAKU.WS xəbər verir ki, 2-ci dəfə kecirilməyinə baxmayaraq, layihəyə maraq kifayət qədərdi. Layihənin məqsədi yeni modelleri insanlara təqdim etmək, Azerbaycanda model sənətinə olan fikri yaxşı tərəfə yönəltmək və inkişaf etdirməkdir. Bir çox məşhur simaların iştirak etdiyi mərasim sürprizlərlə dolu olub. Gecənin aparıcısı Cavid Gül ilk olaraq tədbiri ərsəyə gətirən İlqar Əliyevi səhnəyə dəvət edib.İlqar Əliyev hamını salamlayıb və bildirib ki, artıq 2 ildir ki, özünün “Ilqar Aliyev Model School” adlı model məktəbini açıb və yeni modellər yetişdirir. O əlavə edib ki, model məktəbi, əslində, təkcə model olmaq istəyənlər üçün deyil. Bura yerişinə, duruşuna, geyiminə fikir verənlər, mimikalarından düzgün və yerində istifadə etmək, kamera ilə düzgün işləmək, özünü düzgün təqdim etmək istəyənlərin məktəbidir. Bu dəfilədə siz bəlkə də gələcəyin aktyor, aparıcı və modellərini görəcəksiniz. Daha sonra İlqar Əliyevin model məktəbinin 4 aylıq kurslarını bitirən 5-25 yaş arası 40-a yaxın tələbə ilk dəfə səhnəyə çıxıblar. Sevilən muğənnilər Yaşar Yusub və Ramil Nabran isə öz mahnıları ilə tədbirə rəng qatıblar. Gecənin sonuna yaxın İlqar Əliyev tərəfindən modellərə diplomlar, mərasimin təşkil olunmasında kömək olan şirkətlərə isə teşəkkürnamələr təqdim olunub. Diplom alan tələbələr:1. Kamran Alməmmədov2. Rəşad Heydərzadə 3. Tural İşıklı4. Uğur Əlizadə5. Qurban Murtuzov6. Hilal İbrahimov7. Aytac Cəfərova8. Aysel Sadıxova9. Fidan Səmədova10. Uarda Əhədova11. Feruzjon Xıdırov12. Azər Cəfərzadə13. Şahin Bayramov14. Əfsanə Muradzadə15. Fərid Məhərrəmov16. Orxan Lotfipur Nəsudivər 17. Umxanım Sadıqova18. Xəyal Balabəyli 19. Nicat Qasımov20. Banu Məhərrəmova21. Mehin Əsədli22. Kamal Əliyev23. Leyla Salmanzadə24. Sına Izadı Sharafeh25. Gunel Dəmirova26. Leyla Abiyeva27. Raul qazizadə28. Aişa Zeynalova29. Aysel Əliyeva30. Sabir Əliyev31. Nərmin Rəhimova32. Arzu İsayeva33. Kənan Əskərli 34. Yusif Abdullayev35. Əsmər Məmmədova36. Aysel Məmmədova37. Rüstəm Məmmədov38. Aynur İbrahimova39. Hakan Efe Can Kasarer40. İlqar Aruslamov41. İlqar İsgəndərov42. Sədaqət Salmanova“Ilgar Aliyev Models Fashion Night” tədbirin sonunda böyük tort kəsilib və gecə Dj China ilə davam edib. Qeyd edək ki, İlqar Əliyev "Best Model of Azerbaijan - 2004” milli gozəllik və model yarışmasının qalibidir. O artıq 15 ildir ki, bu sahədə calışır. Bir cox reklam, seriallarda çəkilib, məşhur brendlərin dəfilələrində yer alıb və siması olub. Azərbaycanı dünyada təmsil edən ilk modellərdəndir.Nəzərinizə çatdıraq ki, İlqar Əliyevin Model Məktəbinə növbəti qeydiyyat avqustun 25-dən başlayır.Hüseyn MəmmədsalahovBAKU.WS









Oxşar xəbərlər
"Calvin Klein"ın azərbaycanlı siması ABŞ-da məşhur şouda (VİDEO)
Əslən Azərbaycanlı model Stefano Suaros ABŞ-da sahibi olduğu “S&D Fashion” adlı dəb agentliyinin hazırladığı şousunu təqdim edib.Şouda modellər “Kiki Rikki”nin...