Həmidə Ömərovanın oğlu anasından şikayətləndi: Başımı götürüb, ölkədən qaçmaq istəyirəm - VİDEO
14
avq
2018
17:00
Xalq artisti Həmidə Ömərova oğlu Rəhimi evləndirə bilmir. BAKU.WS xəbər verir ki, aktrisa və oğlu “Xəzər maqazin”in kamerasına bir-birlərindən gileyləniblər. Gözəl aktrisa nənə olmaq arzusunu dilə gətirib: "Mən də nənə olmaq istəyirəm. Deyirəm ki, oğlum, nə qədər canım suludur, qoy nəvələrimə qulluq edim. Həm də sənə həyan olum". Rəhim isə mövzunu bəhanə bilib, anasından şikayətləndi: "18 yaşımdan hər il "evlən" deyir. Başımı götürüb ölkədən qaçmaq istəyirəm". O, evlənmək istəmədiyini belə əsaslandırdı: "Deyirlər ki, tələsən təndirə düşər. Mən də tələsmək istəmirəm". Səmimi aktrisaya tezliklə nənə olmağı arzu edirik. Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
"Uşaqlığım üçün çox darıxıram" - Azərbaycanlı aktrisa - FOTOLAR
Azərbaycan Dövlət "Yuğ" teatrının aktrisası, aparıcı Zümrüd Qasımova uşaqlıq illərindən danışıb. BAKU.WS saytına özəl açıqlama verən aktrisa həmin illəri belə x...