"Heydər Əliyev Sarayına həsrətlə baxırdım" - Zamiq arzusunu həyata keçirdi (FOTOLAR)

Heydər Əliyev Sarayına həsrətlə baxırdım - Zamiq arzusunu həyata keçirdi (FOTOLAR)
Şou-biznes 893
Müğənni Zamiq Hüseynov Heydər Əliyev adına sarayın səhnəsində "Bu gün bizim günümüz" adlı konsert proqramı ilə çıxış edib.BAKU.WS xəbər verir ki, iki saat davam edən konsertdə müğənni sevilən və hit mahnılarını səsləndirib. İlk ifasından sonra tamaşaçıları salamlayan Z. Hüseynov bunları deyib: “Konservatoriyada oxuyanda hər dəfə bu sarayın yanından keçəndə afişaları görürdüm. Həsrətlə baxırdım və öz-özümə fikirləşirdim ki, görəsən, bu sarayda nə vaxtsa 2-3 mahnı oxuya biləcəyəm? Və budur... Bu gün sizin qarşınızdayam. Sizin sevginiz məni bu yerlərə gətirib” - deyə, Zamiq konsertə qatılanlara təşəkkür edib.Konsertə qatılan məşhurlar sırasında isə bəstəkar Faiq Sücəddinov, Xalq artistləri Fidan Hacıyeva, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Nərgiz Cəlilova, Röya Ayxan, Teymur Əmrah, müğənni Sevda Yahyayeva, aparıcılar Nəsib Nur, Nurlana Cəfərova, reper Elşad Xose və başqaları olub.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Zamiq üçün geriyə sayım başladı - son 10 gün...

Zamiq üçün geriyə sayım başladı - son 10 gün...

Müğənni Zamiq Hüseynov fevralın 10-da Heydər Əliyev Sarayında keçirəcəyi solo konsertə ciddi şəkildə hazırlaşır. BAKU.WS xəbər verir ki, konsertin təşkili üçün...

1035 Şou-biznes 15:35 30 yanvar 2019

Son xəbərlər