“Hercai”nin aktyorları evləndi - FOTO/VİDEO

“Hercai”nin aktyorları evləndi - FOTO/VİDEO
Foto Video
Şou-biznes 1010

Türkiyənin reytinqli layihələrindən olan “Hercai” serialının iki aktyoru ailə həyatı qurub.

BAKU.WS xəbər verir ki, bunlar ekran işində Könül obrazına həyat verən aktrisa Oya Unustası və Azad rolunu ifa edən aktyor Tansu Taşanlardır. Onları şad günün də “Hercai”nin çəkiliş heyəti və aktyorları tək qoymayıblar.

Restoranlardan birində baş tutan toy təngli görüntülərlə yadda qalıb. Mərasimdə digər tanınmış simalar da yer alıblar.

Cütlüyün toyundan lentə alınan görüntülər və fotolar sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, Oya ilə Tansu ilk dəfə “Hercai” nin çəkiliş meydanında tanış olaraq eşq yaşamağa başlayıb. Onlar bir müddət əvvəl ailələr arasında kiçik nişan mərasimi ediblər. Lakin pandemiya səbəbi ilə toyları təxirə düşmüşdü.

Son xəbərlər