VİP Həcc ziyarəti ləğv edildi
14
yan
2019
14:43
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Azərbaycandan bu ilki Həcc ziyarətinin təşkili ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyinin dəvəti ilə bu ölkədə səfərdə olub.QMİ-dən BAKU.WS-a verilən məlumata görə, səfər zamanı Səudiyyə tərəfinin ziyarət ilə bağlı bu ilki şərtləri öyrənilib, zəvvarların qalacağı otellər müəyyənləşdirilib.Hazırda səfərdən qayıdan nümayəndə heyətinin təqdimatı əsasında idarədə bu ilki qiymətlər, ayrılacaq kvota və digər şərtlər hesablanır. Qiymətlərin bu il ötən ilə nisbətdə 50 və ya 100 ABŞ dolları daha baha olacağı gözlənilir. Ziyarət bu il də keçən ilki kimi iki varinatda (VİP və sadə) deyil, yalnız bir variantda olacaq. Fevralın əvvəlinə qədər ziyarətlə bağlı Azərbaycanda sənəd qəbulunun elan ediləcəyi də nəzərdə tutulub. Qeyd edək ki, ötən il Azərbaycanda Həcc ziyarətinə səfər xərci 4150 ABŞ dolları olub, ümumilikdə isə 1440 nəfər ziyarət edib. Xatırladaq ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini QMİ təşkil edir. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı zəvvarların Həcc ziyarətinə gediş-gəliş tarixi dəyişdirilib
Azərbaycanlı zəvvarların Həcc ziyarətinə gediş-gəliş tarixi dəyişdirilib.BAKU.WS xəbər verir ki, azərbaycanlı zəvvarlar bu il avqustun 11, 12, 13, 14 və 15-də y...