Hamiləliyini sürpriz şəkildə açıqlayan DÜNYA MƏŞHURLARI
Dünya ulduzları arasında şəxsi həyatını mətbuatdan və ictimaiyyətdən uzaqda yaşayanlar olsa da, bunu gündəm edib səs-küy yaradanları da var. Bəzi müğənni və aktrisalar hamilə olduqları xəbərini sürpriz şəkildə elə ictimaiyyət önündə, televiziyada, tədbirdə ya da qalada özləri açıqlayıblar.
BAKU.WS hamiləliyini sürpriz şəkildə açıqlayan dünya məşhurlarının adlarını təqdim edir:
Aktrisa Sienna Miller
Aktrisa Siyena Miller hamilə olduğunu bu il Londonda təşkil edilən "2025 Moda Mükafatları" mərasimində açıqlayıb. 43 yaşlı aktrisa 2022-ci ildən bəri aktyor Oli Qrinlə eşq yaşayır. O bu il üçüncü dəfə ana olacaq. Aktrisanın iki övladı əvvəlki həyat yoldaşındandır.
Müğənni Elli Qoldinq
"Love Me Like You Do" mahnısı ilə məşhurlaşan sənətçi tədbirlərdən birində sevgilisi Biyu Minierdən hamilə olduğunu və uşaq gözlədiyini açıqlayıb. İkinci dəfə ana olacaq sənətçi fotoqraflara bol-bol hamiləlik pozaları verib.
Reper Kardi B
Stefon Diqqs ilə eşq yaşayan Kardi B "CBS Mornings" proqramında hamilə olduğunu açıqlamışdı. O bu il 4-cü övladını qucağına alaraq yenidən ana oldu. Sənətçinin oğlu dünyaya gəldi. Kardi B "I Like It", "Bodak Yellow" və "Drip" kimi repləri ilə məşhurlaşıb.
Aktrisa Vanessa Kirbi
Paul Rebil ilə xoşbəxt münasibəti olan aktrisa hamilə olduğunu film qalasında elan edib. O 2025-ci ilin oktyabrında ana olub.
Müğənni Rihanna
Sənətçi moda dünyasının ən prestijli tədbiri olan "Met Gala"da 3-cü dəfə hamilə olduğunu nümayiş etdirib. ASAP Rocki ilə münasibəti olan ifaçının RZA, Riot Rose adlı qızları var.
Oxşar xəbərlər
52 yaşlı supermodel bədənini qurd və parazitlərdən təmizlətdiyini ETİRAF ETDİ
Almaniyalı supermodel və aktrisa Heidi Klum etirafı ilə gündəm olub. BAKU.WS xəbər verir ki, o ötən il bədənində "qurd və parazit təmizliyi detoksu"na başladığ...