Hacı Nuran: "Övlad həsrətini Fəxrəddinin varlığı ilə ovudurdu" - FOTO

Hacı Nuran: Övlad həsrətini Fəxrəddinin varlığı ilə ovudurdu - FOTO
Foto
Şou-biznes 345

Aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, o, instaqram hesabında Xalq artisti Fəxrəddin Manafovun vəfat edən həyat yoldaşının şəkillərini paylaşıb.

Hacı Nuran Vahidə xanımın ona ikinci ana kimi olduğunu bildirib:

"Onun yoxluğundan düz 1 il ötdü. O gözəl insan 1 il əvvəl aramızdan köçdü. Vahidə Sadıqova mənə ikinci anam kimi idi. Fəxrəddin Manafova isə təkcə həyat yoldaşı yox, dost, sirdaş idi. O qədər həyat dolu insan idi ki... Heç vaxt nə xəstəlikdən, nə də ölümdən danışmazdı.

Həmişə "mən həyatı sevirəm, çünki o həyatda Fəxrəddin var" deyirdi. Onların sevgisi bir başqa idi. Bu sevgi artıq ər-arvad sevgisindən çıxıb, övlad, ana şəfqəti ilə cilalanmışdı. Validə xanım bəlkə də ürəyində qalan övlad həsrətini Fəxrəddinin varlığı ilə ovudurdu. Yerin behişt olsun, əvəzsiz insan! Sən həmişə bizimləsən..."

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər