Günay Musayeva: "Bikini də geyinərəm, hicab da bağlayaram" (FOTO)

Günay Musayeva: Bikini də geyinərəm, hicab da bağlayaram (FOTO)
Şou-biznes 2402

 

Türkiyədə fəaliyyət göstərən model Günay Musayevanın Bakıya gizli gəlişinin səbəbi məlum olub.

BAKU.WS musavat.com-a istinadən məlumat verir ki, model iki günlük klip çəkilişi üçün paytaxta gəldiyini bildirib:

"Möhtəşəm iş ərsəyə gətirdik. Gənc müğənninin klipində rol aldım. İfaçının kimliyini isə hələ açıqlaya bilməyəcəm. Sadəcə, onu deyə bilərəm ki, klipində rol aldığım ifaçı bəydir. Ekran işində 50-ci illərdə yaşamış, kəşfiyyatçı qadını canlandırmışam. Çəkilişlər çox maraqlı keçdi. İzləyənləri keyfiyyətli iş gözləyir. Tezliklə klipin təqdimat mərasimi keçiriləcək. Mən də orada iştirak edəcəyəm".

G.Musayeva bildirib ki, çəkiliş zamanı çimərlik geyimindən də istifadə edib:

"Bilirsiniz ki, 50-ci illərdə qadınların geyim tərzləri maraqlı olub. Klipdə də müxtəlif geyimlərdən istifadə etmişik. Ən çox müzakirə olunan isə çimərlik geyimində kamera qarşısına keçməyim olacaq. Hər zaman podiumda geyindiyim dekoliteli geyimlərimə görə tənqid olunmuşam. Bu dəfə də məni tənqid edəcəklər. Mən bütün bu söz-söhbətlərə hazıram. Mən model-aktrisayam. Lazım olsa, bikini də geyinərəm, hicab da bağlayaram. Açıq libas geyinəndə bizi tənqid edənlər, qapalı geyinəndə niyə tərifləmirlər?"

BAKU.WS

Günay Musayeva:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Günay Musayeva çimərlikdə  (FOTO)

Günay Musayeva çimərlikdə (FOTO)

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Bodruma yollanıb. BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, model Bodruma moda dəfiləsi üçün...

4388 Şou-biznes 15:49 05 iyul 2016

Son xəbərlər