Gülşən Qurbanovanın ölümündən saatlar öncə çəkilmiş SON GÖRÜNTÜLƏRİ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mərhum aktrisa Gülşən Qurbanovanın ölümündən bir neçə saat əvvəl çəkilən videosu yayılıb.
BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki, görüntü “İnstagram” səhifələrinin birində paylaşılıb. Bu, Xalq artistinin “Lider” televiziyasında yayımlanan “Mikser” verilişindən olan qısa bir fraqmentdir.
Görüntüdə Gülşən Qurbanova tarzən Ağasəlim Abdullayevlə səmimi söhbətində onun fəxri ad almamağını çox təəssüf hissi ilə bildirir.
“Vallah, mənə ayıbdır ki, mən Xalq artisti adına layiq görülmüşəm, sənin isə heç bir fəxri adın yoxdur. İnşallah, mən arzu edirəm ki, gələn verilişlərimizdə mən səni fəxri adla təqdim edim” .
Qeyd edək ki, Gülşən Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olub. Xalq artisti 17 noyabr 2006-cı ildə 56 yaşında vəfat edib. Köhnə Yasamal qəbiristanlığında dəfn olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...