Gənc ifaçı Manaf Ağayevə görə verilişdən imtina etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün "Xəzər axşamı" proqramında gözlənilməz hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, verilişə müğənnilər Manaf Ağayev, Ülviyyə Namazova və son zamanlar "Tufan var" mahnısı ilə məşhurlaşan gənc ifaçı Ceyhun Səmədov dəvət edilib.
Manaf və Ülviyyə verilişə gəlsələr də, Ceyhun proqramda iştirakdan imtina edib. Buna səbəb kimi isə onun konseptinin proqramda iştirak edən sənətçilərin musiqiləri ilə uyğun gəlməməsini göstərib.
Mövzu ilə bağlı verilişin aparıcısı Mətanət Əliverdiyeva, "Mən gənc olsam, böyük sənətkarlarımız, aktyor ya da müğənni ilə bir verilişə dəvət etsələr həmin dəqiqə gedərəm", - sözlərini söyləyib.
Manaf Ağayev isə, "Əgər bu indi belə başlayıbsa, Allah ruzisini verməyəcək. Yəqin ki, məni burada görüb, zəng vursun, o bir əsr də keçsə Manaf ola bilməz", - fikirlərini səsləndirib.
Ətraflı vidoeda:
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...