"Gedin o bisavad başınıza çarə qılın" - Ülviyyə ƏSƏBİLƏŞDİ

08
yan
2019
09:56
“Bu insanları heç anlaya bilmirəm. Niyə bu qədər aqressiv və kinlisiz?!"BAKU.WS xəbər verir ki, bu sözləri həmkarı Murad İsmayılla ailə həyatı quran aktrisa Ülviyyə Xəlilbəyli İsmayıl sosial şəbəkə hesabında yazıb. Buna səbəb isə cütlüyün ayrılacağına dair yayılan yalan şayiələr olub:“Niyə ayrılacaqlar, boşanacaqlar kimi fikirlər yazırsız? Öncəgörənsiz? Bu qədər gələcəyi bilirsizsə gedin o bisavad başınıza bir çarə qılın. Allah ürəyinizə görə versin. Amin! Erməni səhifəsində məni pisləyəcək qədər axmaq qızlarımız var. Sizdən utanıram, öz səhifələrimizdə içinizin qurdlarını tökürsüz bəs eləmir? Heç olmasa düşmən profilində özünüzü sıxıb saxlayın da!”. Xatırladaq ki, Muradla Ülviyyə ötən il dekabrın 3-də ailə həyatı qurublar. Cütlük "Vicdan haqqı" serialının çəkilişləri vaxtı tanış olub.BAKU.WS
Oxşar xəbərlər
Murad toyda Ülviyyə üçün mahnı oxudu - VİDEO
Ötən gün paytaxt restoranlarının birində aktyor Murad İsmayılla aktrisa Ülviyyə Xəlilbəylinin toyu olub. BAKU.WS-in məlumatına görə, gecənin sonunda Murad həy...
