Fulya Öztürkün xəstəxanadan görüntüləri yayıldı - VİDEO

Türkiyəli aparıcı Fulya Öztürkün xəstəxanadan yeni görüntüləri yayımlanıb.
BAKU.WS xəbər verir ki, o, azərbaycanlı həmkarı Aytən Səfərovanın "Xəbər ertəsi" proqramına canlı qoşularaq hazırda səhhətinin yaxşı olduğunu bildirib. İkinci dəfə virusa yoluxan Fulya simptomların bir həftə əvvəl başladığını deyib:
"Buradan Azərbaycana çoxlu salam göndərirəm. İkinci dəfə koronavirusa yoluxdum. Hazırda səhhətim yaxşıdır.
Təxminən bir həftə əvvəl COVID-19-un simptomlarını hiss etməyə başladım. Kimsə üzülməsin deyə xəstəliyimi hamıdan gizlətmək istədim, amma mətbuatda yayıldı. Çoxlu baş ağrılarım olurdu. Nəfəs almaqda çətinlik çəkirdim. Lakin indi, çox şükür, yaxşıyam".
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...