Flora Kərimova Afət Fərmanqızı ilə bağlı məhkəmə dəlillərini təqdim etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Flora Kərimova sosial şəbəkədə müğənni Afət Fərmanqızı ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında indiyə qədər məhkəməyə təqdim olunan sənəd və videolardan ibarət görüntüləri paylaşıb.
Sənətçi bu paylaşımı ilə Afətin "Əlində heç bir dəlil yoxdur" sözlərini bir daha təkzib edib:
"Düşünürəm, iddiası olanın sübutlara arxalanan dəlili olar. Yalanlarla silahlanmaq acizliyin göstəricisidir. Birinci gündən məhkəməyə təqdim olunan faktları xronologiya ilə sizin mühakimənizə təqdim edirəm. Zamanınızı bir az alacaq, faktları toplu şəkildə incələmək, qərəzli və göstərişlə yazılan rəylərə cavabımdır!".
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edir.
Oxşar xəbərlər
Afət Fərmanqızı: "Alt dodağı yer süpürür, üst dodağı göy süpürür" - VİDEO
Ötən gün xalq artisti Naibə Allahverdiyeva Xalq artisti Flora Kərimova və müğənni Afət Fərmanqızı qalmaqalına münasibət bildirib. O, bununla bağlı sosial şəbəkə...