Fədayə Laçın Rusiyaya köçdü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Fədayə Laçın artıq martdan bu yana Moskvada yaşayır.
BAKU.WS “axşam.az”a istinadən xəbər verir ki, koronavirus infeksiyasının yeni yayılmağa başladığı ərəfədə sənətçi Moskvada konsert və toy şənliyində yer almaq üçün ora yollanıb. Daha sonra sərhədlər bağlandığı üçün Fədayə geri qayıda bilməyib.
Oğlu Əlhəmlə birlikdə kirayə ev tutan ifaçı artıq 7 aydır ki, orada qalır. Hər dəfə sosial şəbəkədə izləyicilərinin bununla bağlı suallarını cavablandıran müğənni "Yollar bağlıdır, açılanda gələcəm. Bakıdan köçməmişəm" cavabını verib.
Əldə etdiyimiz məlumata görə, F.Laçın sərhədlər açılandan sonra da Bakıya qayıtmamaq qərarı alıb. Yaradıcılığına da orada davam edən sənətçi hər gün toy, şənliklərdə çıxış edir.
Qalereya
Oxşar xəbərlər
Fədayə Laçın Azərbaycana qayıda bilmir - VİDEO
Novruz bayramında Moskvada konsert proqramı ilə çıxış etməyə gedən müğənni Fədayə Laçın Azərbaycana qayıda bilmir. BAKU.WS xəbər verir ki, ifaçı bu barədə ATV-...