Fədayə Laçın daha bir arzusuna çatdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Arzularımdan biri avtobus sürücüsü olmaq idi. Amma alınmadı, müğənni oldum. Avtobus sürücüsü olsaydım, sükan arxasında oxuyardım”.
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın “Günaydın, Azərbaycan!” verilişinə müsahibəsində deyib.
Paytaxdakı avtobusların birinə minən sənətçi ictimai nəqliyyatdan istifadə etmədiyi üçün gedişhaqqı qiymətindən xəbərdar olmadığını bildirib.
F.Laçın avtobus sükanı arxasına əyləşərək onu idarə də edib:
“Elə bilirsiniz ki, avtobus sürməyi bacarmaram? Oxumağı bacardığım kimi avtobusu sürməyi də bacararam. Pul qazanmaq üçün əziyyətli işləri ayıb bilən və ya tənbəllik edən biri deyiləm. Əsas odur ki, insan pul qazansın və ailəsini dolandırsın”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibə...