Əsrlik binada 3 milyonluq üzük və 10 min qızılgüllə evlilik təklifi - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Onlayn moda və satış firmalarına sahib varlı iş adamı Mahmud Abdullah Kamaninin oğullarından biri Umar Kamani evlilik yolunda ilk addım atıb.
BAKU.WS xəbər verir ki, Umar uzun müddətdir sevgili olduğu fələstinli model sevgilisi Nada Adelleyə evlilik təklifi edib. Onun bu addımı ölkə mətbuatının gündəmini zəbt edib.
Belə ki, Umar Mərakeşdəki "Monte Carlo Opera” binasını bağlatdıraraq sevgilisinə 2 milyon dollar (3 milyon 400 min AZN) dəyərində üzüklə evlilik təklifi edib.
Umarın sevgilisinə sürprizi bununla yekunlaşmayıb. O, təklifini 25 nəfərlik orkestrin ifasında səsləndirilən musiqinin sədaları altında edib. Evlilik təklifinin edildiyi salon ümumilikdə 10 min qızıl güllə bəzədilib.
Qeyd edək ki, "Monte Carlo Opera" binası 142 il əvvəl fəaliyyətə başlayıb.
Qalereya
Oxşar xəbərlər
Xalq artistinin özündən gözəl qızı: "Anam evdə az tapılırdı" - FOTO
Xalq artisti, tanınmış xanəndə Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrin Nəcəfova publika.az-a müsahibə verib. Uşaqlıq illərindən danışan rəssam müsahibəsində b...