Emin və hamilə həyat yoldaşı məşhur "Hello!" jurnalında - FOTOLAR
25
yan
2019
11:12
Azərbaycanın Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilova ilə Böyük Britaniyanın "Hello!" dərgisinə müsahibə verib. BAKU.WS-in məlumatına görə, Emin "Instagram" hesabında "Hello!"dan kadrlar bölüşərək, bunları qeyd edib:"12 səhifəlik gözəl müsahibəyə görə "Hello!"ya təşəkkürümü bildirirəm. Bu, Alyona ilə mənim ilk eksklüziv müsahibəmiz idi. Əlbəttə ki, Rusiyadakı dostlarımıza da qızımızın dünyaya gəldiyi ərəfədə hazırlanan üz qabığına görə dərin təşəkkürümü bildirirəm". Qeyd edək ki, "Hello!" Xalq artistinin həyat yoldaşının hamiləlik fotolarını yayımlayan ilk dərgi olub. Xatırladaq ki, Emin və Alyona Qavrilova 2018-ci il dekabrın 31-də valideyn olublar. Cütlüyün Afina adlı qız övladları dünyaya gəlib. Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər
Bu məşhur aktyor "A.B.İ" ilə ekranlara qayıdır
Aktyor Kenan İmirzalıoğlunun yeni serialının heyətinə tanınmış aktyor qatılıb. BAKU.WS xəbər verir ki, baş rollarını Kenan İmirzalıoğlu, Diren Polatoğulları və...