Emin atası Araz Ağalarovdan yazdı: "33 ilin 21 ilini onunla işləmişəm" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Emin Ağalarov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında “Crocus Group” şirkətinin yaradılmasından 33 il ötdüyünü bildirib.
Emin iş adamı atası Araz Ağalarovla şəkillərini paylaşaraq bu illər ərzində onunla çalışmaqdan qürur duyduğunu bildirib:
"Bu gün özünü təsdiq etmiş "Crocus Group" 33 yaşını qeyd edir! Şirkətin təsisçisi və sahibi atam Araz Ağalarovdur. Çox şadam ki, 33 ilin 21 ilini onunla işləmişəm və çox şey öyrənmişəm. Müxtəlif sahələrdə çalışan Araz İskəndəroviçin rəhbərliyi altında çalışan böyük kollektivimizi təbrik edirəm. Biz sizi həqiqətən qiymətləndiririk!"
Xatırladaq ki, "Crocus Group"un prezidenti isə Araz Ağalarov, birinci vitse-prezidenti Emin Ağalarovdur.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı məşhurların sosial şəbəkə qazancları: 3 MİN - 61 MİN AZN - SİYAHI - FOTO
Yerli sənət aləmindəki məşhurların, əsasən də müğənnilərin gəlir mənbəyi toylardır. Onlar qazancının xeyli hissəsini təmtəraqlı məclislərdə, o cümlədən şou-proq...