Emin Ağalarovdan təqdirəlayiq addım - FOTO

05
okt
2020
11:13
Xalq artisti, biznesmen Emin Ağalarov sosial şəbəkə hesabında Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmaqda davam edir.
BAKU.WS xəbər verir ki, ifaçı bu dəfə “İnstagram” hesabında profil fotosunu dəyişərək “Qarabağ Azərbaycandır” yazılan bayrağımızın şəklini yerləşdirib.
Emin həmçinin 2 milyonluq səhifəsində işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətləri tez-tez izləyicilərinə çatdırır.
Qeyd edək ki, Emin Ağalarov Silahlı Qüvvələrə Yardım Fonduna öz hesabından 1 milyon manat vəsait köçürüb.

Oxşar xəbərlər
Tanınmışlar Çingiz Mustafayevə görə İlham Əliyev və Mehriban Əliyevaya müraciət etdilər
Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan ANS ÇM - 102 FM radiotezliyinin satışı ilə bağlı tender Azərbaycan ictimaiyyətinin narahatlığına...