Emin Ağalarov: "Çox pis xəbər oldu" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyaca məşhur müğənni Elvis Preslinin yeganə övladı Liza Mari Presli vəfat edib.
BAKU.WS xəbər verir ki, onun ölümü ilə bağlı bir çox məşhur paylaşım edərək anası Prisilla Presliyə başsağlığı veriblər. Həmin tanınmışlar arasında Xalq artisti Emin Ağalarov da olub.
O, sosial şəbəkə hesabında "Elvis Preslinin yeganə övladı Liza Marinin ölümü xəbərini eşitmək çox kədərlidir. Ailəsinə və anası Prisillaya başsağlığı verirəm. Çox pis xəbər oldu" sözlərini yazaraq onun vəfatına görə təəssüfləndiyini ifadə edib.
Məlumat üçün bildirək ki, Liza Mari də atası kimi musiqiçi olub. O, bu günə qədər üç albom buraxıb.
Oxşar xəbərlər
Azərbaycanlı məşhurlardan Türkiyəyə dəstək - FOTO
İyulun 28-dən etibarən genişmiqyaslı meşə yanğınları Türkiyəni cənginə alıb. Həmin ərazilərə yaxın yerlərdə yaşayan sakinlərin evləri, mal-mülkləri yanaraq külə...