Emin Ağalarov klip çəkilişi üçün dama çıxdı (VİDEO)
BAKU.WS-in xəbərinə görə, klipin ilk kadrlarını müğənni öz instaqram səhifəsində paylaşıb. Məşhur müğənni "А'Studio" musiqi qrupunun solisti Keti Topuriya ilə birlikdə "Esli tı ryadom" mahnısını ifa ediblər.
Çəkilişlər Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində ekstremal şəraitdə həyata keçirilib. Belə ki, çəkilişlər üçün Emin və Keti hündürmərtəbəli binanın damına çıxmağa məcbur olublar.
"Nəzərə almasaq ki, bizə çox soyuq idi çəkilişlər çox maraqlı keçdi. Biz bu uşaqlarla artıq neçə illərdir ki, dostluq edirik və mənə bu insanlarla birlikdə işləmək çox xoş oldu.”-deyə Emin Ağalarov bildirib.
Klipin tam kadrları tamaşaçılara yaxına zamanlarda təqdim olunacaq. Biz isə sizə Emin Ağalarovun instaqram səhifəsində paylaşdığı klip çəkilişlərindən olan görüntüləri təqdim edirik:
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Emin Ağalarov atasının təyyarəsində uçdu, konsert verdi (VİDEO)
İrkutsk şəhərində iki gün öncə milyarder Araz Ağalarovun oğlu, məşhur müğənni Emin Ağalarovun konserti keçirilib. "EMİN” adı altında keçirilən konsert üçün bütü...