Əməliyyat olunan Afaq Gəncəlinin Avropa istirahətindən GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Afaq Gəncəli bir neçə gündür ki, istirahətə yollanıb.
BAKU.WS xəbər verir ki, səhhətindəki problemlərə görə efirlərdən uzaqlaşan aparıcı Avropaya üz tutub.
Gəncəli səyahətə yaxın rəfiqələri ilə gedib. Onlar arasında aparıcı Nərgiz Məmmədova da var. Afaq əvvəl rəfiqələri ilə İsveçrənin Cenevrə şəhərində olublar. Sonra isə gəzinti İtaliyanın Milan şəhərində davam edib.
Gəncəli səyahəti zamanı Roma şəhərinə də baş çəkib. Daha sonra isə rəfiqələri ilə İspaniyanın Barselona şəhərinə gedib. Onlar Barselonada böyük futbol stadionu və muzeydə olublar.
Hazırda Avropada istirahətini davam etdirən Afaq sonuncu dəfə İtaliyanın Florensiya şəhərindən video paylaşıb.
Xatırladaq ki, bir müddət əvvəl Afaq aparıcısı olduğu “Səhər Mərkəzi” verilişində səhhətində problem yarandığını etiraf edib və bu səbəbdən televiziya fəaliyyətinə fasilə verib. Daha sonra o, əməliyyat olunub.
BAKU.WS aparıcının Avropa səyahətindən olan görüntüləri təqdim edir:
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...