Əməkdar artistdən ETİRAF: "Başa düşdüm ki, müğənnilik mənlik deyil" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Sənubər İsgəndərli maraqlı etirafı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, aparıcı Samir Bayramlının proqramına qonaq olan aktrisa bir zamanlar mahnı oxusa da, müğənnilik sənətinin ona uyğun olmadığını dilə gətirib. İsgəndərli ifaçı olmaq üçün bu sənətlə peşəkar formada məşğul olmağın zəruriliyini diqqətə çatdırıb:
"Bir peşəyə sahib olmaq istəyirsənsə, onu mükəmməl bilməlisən. Axsadınsa, onu nə üçün davam etdirəsən ki? Mənim aləmimdə müğənni canlı konsertlər verməlidir. Onun böyük komandası, iş birliyi, prodüseri olmalıdır. Bunları düşündükcə başa düşdüm ki, müğənnilik mənlik deyil".
Oxşar xəbərlər
Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATLARI - VİDEO
Bakıda baş verən cinayətin təfərrüatları məlum olub. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 24 iyun 2019-cu il tarixində Nizami rayonu, Qara Qarayev prosp...