Əməkdar artistdən etiraf: "O filmdən sonra bir daha dənizə getmədim!" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Ruhəngiz Musəvi maraqlı açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Bazar düzü" proqramına qonaq olan aktrisa bir zamanlar rol aldığı "Baladadaşın ilk məhəbbəti" filmindən danışıb. Sənətçi həmin ekran işindəki obrazına görə evdə valideynləri tərəfindən danlandığını və o gündən sonra bir daha dənizə getmədiyini etiraf edib:
"Çoxları deyir ki, o vaxtlar belə obraza çəkilmisiniz, risk etmisiniz. Məndən əvvəl Xuraman Qasımova "Liftçi qız" filmində dənizdə çəkilib. Həmin vaxtlar Sumqayıtda yaşayırdıq, dənizə tez-tez gedirdim. Ona görə də filmə çəkiləndə ağlıma gəlmədi ki, sonradan problem olacaq, yeniyetmə idim. Sonradan hamı başladı ki, çimərlik geyimində filmə çəkildin. Anam da məni görəndə o ki var danladı. Uşaq olmuşam. O filmdən sonra bir daha dənizə getmədim. Mən illərdir dənizə getmirəm".
Qeyd edək ki, "Baladadaşın ilk məhəbbəti" 1974-cü ildə çəkilib. Ekran işinin baş rollarında Şəmsi Bədəlbəyli, Fazil Salayev, Eldəniz Zeynalov və Sona Aslanova kimi məşhur aktyorlar çəkiliblər. Film dram və komediya janrında ekranlaşdırılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...