Elza Seyidcahan eşşəyə şeir həsr etdi: "Verdim gözəlliklərimi.." (FOTO)

Elza Seyidcahan eşşəyə şeir həsr etdi: Verdim gözəlliklərimi.. (FOTO)
Şou-biznes 4347
 

Əməkdar artist Elza Seyidcahan növbəti "Əldən getdi” adlanan şeirini oxucularına təqdim edib.

BAKU.WS-in məlumatına görə, ifaçı yeni şeirini eşşəyə həsr edib. E.Seyidcahan şeirini İnstaqram hesabında paylaşıb.  

Həmin şeirini təqdim edirik: 

Kimin üçün isə

Həmişə özümü qorumuşam

Kimə görə isə

Onu həmişə soyutmuşam

Qorxutmuşam, qovrulmuşam

Ancaq onu qorumuşam

Ona görə onu qorumuşam ki,

Gözəlliyim əldən getsin

Getsin, Getsin

Bir də , gördüm

Qorumağa dəyməz artıq

Çünki hər şey əldən getdi,

Getdi, getdi,

Nə qaldıki, bu həyatda?

Kimlər getdi, kimlər qaldı

Kimlər yatdı, kimlər baxdı

Kimlər qaçdı, kimlər satdı

Kimlər yedi, kimlər acdı

Kimlər basdı, kimlər asdı

Kimlər aldı, kimlər verdi

Kimlər çaldı mən oynadım

Kimlər yazdı mən oxudum

Kimlər gəldi mən qaçdim

Kimlər gəldi mən satdım

Kimlər gəldi mən verdim

Kimlər gəldi mən yatdım

Satdım gözəlliklərimi alanlara

Verdim gözəlliklərimi yatanlara

Tökdüm gözəlliklərimi yananlara

Sönsünlər, sönsünlər, yanmasınlar

Qorumağa dəyməz artıq

Gözəlliyim əldən getdi

Gözəlliyim əldə getdi.

İman 

BAKU.WS

Son xəbərlər