Elza Seyidcahan: “Elə olub ki, evdə yeməyə çörəyim olmayıb” – VİDEO

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqlarından biri Respublikanın əməkdar artisti Elza Seyidcahan olub.
BAKU.WS xəbər verir ki, müğənni Manaf Ağayevin “Bizə çörək lazımdı, sənət lazım deyil” fikirlərinə münasibət bildirən əməkdar artist bildirib ki, əsərlər daha önəmlidir və o ac qalsa da heç vaxt ümidini itirməyib:
“Mənim ac qalan günlərim olub, amma ümidsiz qalan günlərim olmayıb. Babək Xürrəmi də belə bir ifadə işlədib. Yəni mən çörəksiz də qalsam ümidimi itirməmişəm, yazdığım əsərlər mənim, ailəmin, nəslimin, ölkəmizin büdcəsinə vəsait gətirib.
Biri var ki, yazdığın mahnı, bəstələdiyin əsər sənin evinə, qazanına gəlir gətirsin, biri də var ki, o əsərlər ölkənin, xalqın, bəşəriyyətin qazanına gəlir gətirsin.
Mən hər kəsdən xahiş edirəm ki, sənətə toz qondurmasınlar, getsinlər çörəklərin qazansınlar. Necə olur ki, mən həm əsər yaradıram, həm də pul qazanıram. Mənə nə olub ki, beşindən aşağıyamsa, on beşindən yuxarıdayam”.
Oxşar xəbərlər
“Şainçik, danış, mənə pul versinlər...” – Şok VİDEO
2016-ci ilədək aprel məğlubiyyət, daha doğrusu itki ayı idi. Ya 1920-ci ilin 28 aprel işğalı ilə, ya da 1993-cü ilin 2 aprelində Kəlbəcəri düşmənə buraxıb çıxma...