Elçin Quliyev at çapan 9 yaşlı qızla görüşdü - VİDEO
11
avq
2018
12:56
Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə azyaşlı qızın yüksək sürətlə at çapma bacarığını nümayiş etdirən video görüntülər paylaşılmaqdadır.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Atçılıq Federasiyası tərəfindən bu video ilə maraqlanılıb və həmin materialda görüntülənən 9 yaşlı Gülay və onun atası Ağdam rayonunun Ətyeməzli kəndindən qaçqın düşərək Sumqayıt şəhərində məskunlaşmış Fərzəliyev Vüsal Qəzənfər oğlu Federasiya Prezidenti ilə görüşə dəvət olunub. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Gülay və onun atası ilə görüşüb. Səmimi keçən görüşdə Gülay at sürməyə 4 yaşından başlamasını, atçılıq idmanına böyük maraq göstərməsini, gələcəkdə atçılıq idmanı ilə peşəkarcasına məşğul olmağın ən böyük arzusu olmasını bildirib. Söhbət zamanı Gülayın atçılıq idmanına olan marağının ARAF tərəfindən tam dəstəklənəcəyi bildirilərək, at sürmə zamanı təhlükəsizlik qaydalarına riayət etməsinin mütləq vacibliyi izah olunub. General-polkovnik Elçin Quliyev Gülayın atçılıq idmanı ilə məşğul olması üçün zəruri olan süvari ekipirovkası ilə təmin edilməsi, ona məşq üçün tam şəraitin yaradılması, atası Vüsal Fərzəliyevin isə işə götürülməsi barədə tapşırıqlar verib. Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Dünyaya səs salan 9 yaşlı qız danışdı: “Mən atlarla nəfəs alıram” – VİDEO
Hər kəs sosial şəbəkələrdə videosu yayılan bu azərbaycanlı qızdan danışır. Söhbət Sumqayıt şəhərində yaşayan 9 yaşlı Gülay Fərzəliyevadan gedir. Onun at belində...