Eşitmə qüsurlu insanlar da telefonla danışa biləcəklər

Eşitmə qüsurlu insanlar da telefonla danışa biləcəklər
Şou-biznes 693
 

Avstraliyanın eşitmə qüsurlu insanlar üçün milli "National Relay Service” telefon danışıqlarının tərcüməsi xidməti danışıqların aparılması üçün yeni texnologiya hazırlayıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, eşitmə qüsuru olan abunəçi artıq həmsöhbəti ilə birbaşa ünsiyyət qura, internetə qoşulmaqla cavabları kompüterin və ya smartfonun ekranında, həmçinin mətn terminalları olan xüsusi telefon aparatlarında oxuya bilər.

Həmsöhbətin sözlərinin mətnə çevrilməsi nitqin tanınması proqramlarının köməyi ilə xidmət operatoru tərəfindən yerinə yetirilir. Bu zaman sürət adi ünsiyyətdə olduğu kimi dəqiqədə 150-180 sözə çatır.

Qeyd edək ki, Avstraliyada "National Relay Service” xidmətləri ödənişsiz həyata keçirilir. Bu xidmət hazırda danışıqların 8 tərcümə variantını, o cümlədən jest dilindən istifadə etməklə videotərcüməni təklif edir.

BAKU.WS

Oxşar xəbərlər

2 yaşlı Ömərin müalicəsi üçün 32 min manat lazımdır

2 yaşlı Ömərin müalicəsi üçün 32 min manat lazımdır

2 yaşlı Ömər Nəsiblinin imkanlı şəxslərin yardımına ehtiyacı var. Doğulduğu gündən sarılıq xəstəliyinə yoluxan körpənin müalicəsi ərəfəsində gözündə problem yar...

4539 Sosial 17:20 14 mart 2016

Son xəbərlər