"Əgər suyu yodlaşdırsanız 40-50 ildən sonra ən böyük kəşflər Azərbaycanda olacaq" - VİDEO

Əgər suyu yodlaşdırsanız 40-50 ildən sonra ən böyük kəşflər Azərbaycanda olacaq - VİDEO
Video
Şou-biznes 1325

"Sağlam böyüməyimiz üçün içməli su yodlaşdırılmalıdır!" Bu sözləri tibb elmləri namizədi Rəşid Mamudov söyləyib.

BAKU.WS xəbər verir ki, tanınmış fizioloq Space TV-nin " rel="external noopener noreferrer">"Sadə həqiqətlər" proqramında yodun insan həyatında böyük rolundan danışıb.

Yod çatışmazlığından əziyyət çəkən ölkə əhalisinin 60 faizinin əqli cəhətdən qüsurlu olduğunu iddia edən R.Mahmudov içməli suyun yodlaşdırılmasını təklif edib:

"Sağlam böyüməyimiz üçün içməli su yodlaşdırılmalıdır. Su buraxan insanlara buradan səslənirəm, And olsun Allaha, əgər suyu yodlaşdırsanız 40-50 ildən sonra ən böyük kəşflər Azərbaycanda olacaq. Çünki günəş bizdə, ən zəngin mətbəx bizdə, bütün vitaminlər bizdə. Suyu da yodlaşdırsalar, ən savadlı adamlar bizdə olacaq.

Mən deyirəm ki, yodsuz su buraxmaq nəinki qadağan olunmalıdır, hətta cinayət sayılmalıdır!"

Oxşar xəbərlər

"Küçədə gəzən insanların 60 faizi əqli cəhətdən tam deyil" - VİDEO

"Küçədə gəzən insanların 60 faizi əqli cəhətdən tam deyil" - VİDEO

Tibb elmləri namizədi Rəşid Mahmudov yod çatışmazlığından əziyyət çəkən ölkə əhalisinin 60 faizinin əqli cəhətdən qüsurlu olduğunu iddia edir. BAKU.WS xəbər ve...

972 Şou-biznes 12:30 20 yanvar 2020

Son xəbərlər