Efirdə Röyaya bahalı hədiyyə - FOTO

Efirdə Röyaya bahalı hədiyyə - FOTO
Şou-biznes 2305

 

Əməkdar artist Röya Ayxan "Hər şey daxil" verilişinin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, müğənni noyabrda Heydər Əliyev Sarayında baş tutacaq solo-konsertindən danışıb:

"Konsertdən əvvəl həmişə qalmaqal yaşayıram. Çoxları elə bilir ki, özüm hazırlayıram. İndi hamı qalmaqal edir, kişi qadına, qadın kişiyə qarışıb. Maqazin verilişlərinə deyirəm ki, üç-dörd aydan bir yeni iş olanda danışım". 

Röya aparıcılar Sevil və Sevinc bacılarının "Eşitdik, toy olacaq" sözlərinə belə cavab verib:

"İkinci dəfə ailə quranlara pis baxmıram. Ailə başqa şeydir, hamı qursun. Mən yox, heç kimi bədbəxt edə bilmərəm. Oturmuşam da sakit".

R.Ayxan bir neçə gün əvvəl sosial şəbəkədə məşhur brendlərdən birinin qolbağısının fotosunu paylaşaraq, ondan istədiyini yazıb. Veriliş zamanı həmin qolbaq və onun boyunbağısı müğənniyə göndərilib. R.Ayxan hədiyyənin kimdən olduğunu gizli saxlayıb. 

BAKU.WS

Oxşar xəbərlər

Röya onu atan sevgilisi üçün efirdə göz yaşı tökdü - Video

Röya onu atan sevgilisi üçün efirdə göz yaşı tökdü - Video

"Məndə heç vaxt darıxmaq hissi olmayıb. İndi başa düşürəm darıxmaq nədir. İndiki yaşımda darıxıram, amma kim üçün deməyəcəm”. BAKU.WS-in Axşam.az-a istinadən m...

8542 Şou-biznes 20:00 04 noyabr 2016

Son xəbərlər