Dünyanın ilk daun sindromlu modeli (FOTO)
Dünyanın ilk daun sindromlu modeli reklama çəkilib.
BAKU.WS məlumat verir ki, 32 yaşlı model Katiya Mid Amerikanın məşhur saça qulluq vasitələri brendi olan "Beauty & Pin-Ups"-un siması seçilib. Şirkət bildirib ki, yeni məhsulların reklamı üçün ən uyğun namizəd Katiyanı görüblər.
Katiya isə reklam təklifinin süpriz olduğunu bildirib:
"Mənə bu təklif gələndə çox həyəcanlandım. Əngəlləri olan insanın bacarıqlarını nümayiş etdirə bilməsi möhtəşəm bir şeydir. Əngəlli insanlar gözəl deyil fikri çox yanlışdır. Gözəllik hər kəsə məxsusdur, sadəcə onu üzə çıxarmaq lazımdır".
Özünü fotolardan görməkdən xoşbəxt olduğunu bildirən model, bu təklifi etməklə ona özünəinamını qaytardıqlarını deyib:
"Həyatda öyrəndiyim ən vacib dərs bu oldu - daun sindromlu ola bilərəm, amma bu gözəlliyimi əngəlləyəcək səbəb deyil, olmamalıdır da. Bu reklam sayəsində dau sindromu olan digər insanlara da ilham vermiş olacam. Buna görə çox xoşbəxtəm".
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
17 yaşlı gürcü qız Armaninin siması oldu (FOTO)
17 yaşlı gürcü qızı Tako Natsvlişvili məşhur Armani firmasının yeni siması seçilib. BAKU.WS məlumat verir ki, gənc model məşhur brendin 2016 yaz-yay kolleksiya...