Dünyaca məşhur "Papito" mahnısını ifa edən müğənni Bakıda gecə klubunda (VİDEO)

"Chocolata" (Papito) mahnısı ilə məşhurlaşan müğənni SEEYA Bakıya gəlib.
BAKU.WS-in məlumatına görə, dünyaca məşhur mahnının ifaçısı Bakıda gecə klublarından birində çıxış edib. Lider Tv-nin efirində yayımlanan "Art Club" verilişinin aparıcısı Çinarə Əliyeva ilə rəqs də edən müğənni sevənləri ilə bir araya gəlib.
Qeyd edək ki, bir müddət öncə SEEYA öz Instagram hesabından Bakıya gələcəyini elan etmişdi: "Salam, Bakı. Noyabrın 26-da hamınızı "Capitol Night Club"da görüşünüzə gələcəm. Hamınızı çox sevirəm".
SEEYA-nın "Papito" mahnısı Youtube-da 12 milyon insan tərəfindən izlənilib.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Qızlar "Porsche"nin qarşısında küçədə rəqs etdilər - VİDEO
Sosial şəbəkələrdə yayılan bu video maraqlı izlənir. BAKU.WS-in məlumatına görə, qızlar «Porsche» maşınından düşərək küçənin ortasında «Papito Chocolata» mahn...
