Dünyaca məşhur iki rejissor cinsi istismar ittihamı ilə saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fransız kinosunun önəmli simaları Benua Jakquot və Jak Doillon cinsi təcavüz ittihamı ilə saxlanılıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, fransız aktrisa Judith Godreche tərəfindən cinsi təcavüzdə ittiham olunan iki rejissor bu iddiaları rədd edib.
Məlumata görə, aktrisa Judith Godreche 14 yaşında rejissorlar Benoit Jacquot və Jacques Doillonun ona cinsi təcavüz etdiyini iddia edib. Məşhur aktyorun məhkəməyə verdiyi iki rejissor saxlanılıb. Hər iki şəxs onlara qarşı cinsi təcavüz ittihamlarını rədd edib.
Xatırladaq ki, 52 yaşlı aktrisa Judith Godreche, keçən fevral ayında "Fransanın Oskarları" olaraq da tanınan Cesar Mükafatlarında etdiyi çıxışında Fransa kino sənayesindən cinsi zorakılıq və töəcavüzlərlə bağlı susqunluq andını pozmasını istəyib və cinsi təcavüzə məruz qaldığını açıqlayıb. İnsanları sektordakı güclü kişilərə qarşı səslərini ucaltmağa çağırıb, hətta onları ifşa etmək karyeralarını riskə atmaq demək olsa belə və onun çıxışı zalda alqışlarla qarşılanıb.
Qalereya
Oxşar xəbərlər
Van Dammın oğlu: “Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - FOTO
Məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Damm və onun azərbaycanlı xanımı Suada Hacızadə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya...