DİQQƏT! Uşaqlarınızı "Mavi Bala"dan uzaq tutun - FOTO
Komputer və telefon oyunları uşaqların inkişafına böyük zərbə vurur. Bu barədə mütəxəssislər həyəcan təbili çalmaqda davam edir.
BAKU.WS xəbər verir ki, Türkiyənin tanınmış psixoloqu Çağla Yılmaz, “Mavi Balina”, “Məryəm” və “Momo” oyunlarından sonra “Mavi Bala” (“Baby Blue”) oyununun ortaya çıxdığını bildirib. Bu oyunun azyaşlılara xüsusi təsir etdiyini bildirib.
“Uşağın davranışında bir dəyişiklik hiss edirsinizsə, sakitləşibsə, qorxu əlamətləri göstərirsə, sizdən uzaqlaşıbsa, ünsiyyət qurmursa, otağından çıxmırsa, demək vəziyyət olduqca acınacaqlıdır”, - deyə psixoloq bildirib.
Qeyd edək ki, gənclər arasında populyar olan bu tip oyunlar qorxu və gərginlik elementlərini sərgiləyir. Bu da gənclərin və yeniyetmələrin psixologiyasını zədələyir.
Psixoloq onu da əlavə edib ki, Uşaqları idarə etmək üçün telefondakı proqramlara baxmaq kifayət deyil.
“Daha çox sosial şəbəkələr vasitəsilə istifadəçilərinə linklər göndərir və uşaqlarla əlaqə qurur. Sonra oyuna daxil edilir.
Təəssüf ki, oyunlara giriş çox asandır. Xüsusilə son zamanlar tez-tez eşitdiyimiz “Blue Baby” oyunu çox sürətlə yayılır.
Əhəmiyyətli bir istifadəçi bazasına malikdir. Oyunlarda iştirak edən uşaqlar ümumiyyətlə 9-16 yaş arasıdır. Oyun zamanı uşaqlara təhlükəli tapşırıqlar verir.
Bu tapşırıqlar hər dəfə tamamlandıqda, iştirakçı mükafatlandırılır. Təəssüf ki, mükafatlar da uşaqları zərərli vərdişlərə sövq edir. Hər fəsil tamamlandıqca yeni bir missiya gəlir”
Mütəxəssis əlavə edib ki, uşağı telefondan uzaq tuta bilmiriksə, onun parolunu dəyişmək laızmdır. Daha sonra telefonun parolunu vermək olmaz: “Əgər telefonu götürüb qonşu otağa keçibsə, mütləq vaxtaşırı yoxlamalıyıq” dedi.
Bundan əlavə həkim vurğulayıb ki, xüsusən gecələr durub uşaqları yoxlamaq lazımdır: “Onun oynadığı oyunlara və telefonda keçirdiyi vaxta baxmaq lazımdır.
Sosial mediadan istifadəyə məhdudiyyət qoymaq lazımdır. Ən əsası övladımızla təhlükəsiz münasibət qurmalıyıq”.
Oxşar xəbərlər
Aylıq ulduz falı - iyun, 2018-ci il
BAKU.WS az.astroloq.com-a istinadən iyun ayının ulduz falını təqdim edir:Qoç - Qoç bürcünün evlilik evində yerləşən və iki ay yarım geri getdikdən sonra doğru d...