Doğuş sancısı çəkə-çəkə özünü makiaj etdi (FOTO, VİDEO)

Doğuş sancısı çəkə-çəkə özünü makiaj etdi (FOTO, VİDEO)
Video
Şou-biznes 2193

 

Nyu-Yorkda yaşayan vizajist qadın xəstəxananı bir anda salona çevirib. 

BAKU.WS "The Daily Maily"-yə istinadən məlumat verir ki, Alaha Majid adlı qadın xəstəxanada doğuş sancıları çəkərkən özünü makiaj edib. Qadın makiaj edərkən çəkilən fotolarını Instagram hesabında paylaşıb. Alahanın bu addımı izləyicilər tərəfindən maraqla qarşılanıb. Qız övladı dünyaya gətirən 27 yaşlı vizajist övladının ilk dəfə onu qüsursuz və gözəl görməsini istədiyi üçün belə etdiyini deyib.

100 min Instagram izləyicisi olan Alaha tez-tez vizaj işlərini izləyiciləri ilə bölüşür. O bildirib ki, qadın istənilən anda gözəl və qüsursuz görünməlidir.  

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər