“İdman TV” “Qarabağ”ın oyununun yayımlanmamasının səbəbini açıqlayıb

“İdman TV” “Qarabağ”ın oyununun yayımlanmamasının səbəbini açıqlayıb
Şou-biznes 10

“İdman TV” “Qarabağ”ın Sloveniyada yerli “Olimpiya”ya qarşı keçirdiyi UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun yayımlanmamasının səbəbini açıqlayıb.

Kanal feysbuk səhifəsi vasitəsilə paylaşım edib.

Bildirilib ki, matçın yayımlanmaması texniki problemlə əlaqədardır: “Əziz izləyicilər, texniki xəta səbəbilə “Olimpiya” – “Qarabağ” görüşünü yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxıb. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!”

Qeyd edək ki, ikinci hissəsi davam edən oyunda “Qarabağ” 2:0 hesabı ilə öndədir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Talıbovlar çoxillik monopoliyadan neçə milyard qazanıblar? - MARAQLI FAKTLAR

Talıbovlar çoxillik monopoliyadan neçə milyard qazanıblar? - MARAQLI FAKTLAR

Noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan gömrüyündə keçirdiyi əməliyyat nəticəsində külli miqdarda korrupsiya faktının üstü açılıb, Gömrük...

1167 Şou-biznes 19:16 03 dekabr 2022

Son xəbərlər