Dilarə Əliyeva: "Bu uşaqda səmaların sirri var"
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Dilarə Əliyeva sosial şəbəkədə nəvəsi Aygüllə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, aktrisa qızı Aytənin övladı ilə fotolar paylaşaraq bu sözləri yazıb:
"Adı kimi ay işığına bürünüb gəlmiş, gecəmin sakitliyi, gündüzümün gülüşü. Balaca əlləri ilə həyatın ən saf nəğməsini yazır, hər addımı sanki dua kimi yerə dəyir. O danışanda küləklər belə susur, çünki bu uşaqda səmaların sirri var. Gözlərindəki parıltı min illik ulduzlardan miras, qəlbi - çiçəklər kimi incə, büllur kimi şəffaf.
Aygül böyüyür, amma mənim üçün o həmişə ilk dəfə Dilarə səslənişi ilə yadımda qalacaq. Bir gülüşüylə baharı gətirən, bir baxışıyla bütün dərdləri unutduran.
Ey Tanrım, onu qoru bu dünyanın səs-küyündən, hissiz insanların daş baxışlarından... Çünki Aygül yalnız bir uşaq deyil, O, bir nurdur... Qəlbimdə əbədi açan təkcə bir gül".
Qalereya
Oxşar xəbərlər
Xalq artisti ilə quda olan Əməkdar artist: "Qızıma deyirəm ki, döz..."
"Qadın dözümlü olmalıdır. Qadından çox şey asılıdır: ailəni saxlamaq, uşaqları tərbiyə etmək. Qadın heç də kişidən əskik çalışmır. Amma qadının işi daha çoxdur....