Dəm qazının qurbanı olan 16 yaşlı Cəmilənin görüntüləri - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, mayın 15-də Bakının Binəqədi rayonunda yerləşən mənzildə 2007-ci il təvəllüdlü Cəmilə Rəhimova dəm qazından boğularaq ölüb.
BAKU.WS "qafqazinfo"ya istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində həyatını itirən qız 132-134 nömrəli Təhsil Kompleksinin X sinifinin nümunəvi şagirdlərindən imiş. O, həm də H.Sarabski adına 7 saylı uşaq musiqi məktəbində təhsil alırmış.
Bildirilir ki, Cəmilə həmin gün dərsdən evə gəldikdən sonra hamam otağına keçib və orada dəm qazından boğularaq dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Evlərdəki səssiz ölüm
Havalar kəskin soyumasa da artıq dəm qazından zəhərlənmə və ölüm halları qeydə alınır. Bu günlərdə Gəncədə bir ailənin üç üzvü dəm qazından zəhərlənib. Xətaidə...