Dəhşətli qəzada ölən Orxanla Sona tələbə imiş... - FOTO

Ötən gecə Göygöl rayonunda dəhşətli qəzada ölən ərlə arvadın tələbə olduğu müəyyənləşib.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki,“Vaz 2107” markalı avtomobilin “Daf” markalı TIR-ın zərbəsinə tuş gəlməsi nəticəsində həlak olan 1994-cü il təvəllüdlü Orxan Hümbətov və həyat yoldaşı 1996-cı il təvəllüdlü Sona Hümbətova Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alıblar. Onlar “Rabitə avadanlıqlarının qurlaşdırıcısı” ixtisasının 1 ci kurs tələbələri olublar.
Qeyd edək ki, 6 nəfərin öldüyü qəzada Orxanla Sonanın azyaşlı uşağı İbrahim də həlak olub. Hadisə nəticəsində ölən şəxslər Göygöl rayonunun Hacıkənd qəsəbəsi istiqamətində istirahətə gediblərmiş.
Qalereya
Oxşar xəbərlər
“Boğazı qopub, üstümə düşmüşdü...” – Qadın zabitin DƏHŞƏT DOLU MÜHARİBƏ XATİRƏLƏRİ
I Qarabağ müharibəsi veteranı, Dövlət Sərhəd Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Aliyə Piriyeva müharibənin dəhşətli anlarından danışıb.BAKU.WS xəbər ver...