Dado: "Natavanın anası da, bacısı da övladımı padşah balası kimi böyüdürlər" - VİDEO

Dado: Natavanın anası da, bacısı da övladımı padşah balası kimi böyüdürlər - VİDEO
Video
Şou-biznes 276

"Öz aramızda nə olub, olmayıb onu kənara qoyuruq. O mövzuların hamısı keçib. Tez-tez gedib-gəlirəm, bildirmirik. Arada sıxıntılar oldu, sonra bir-birimizi başa düşdük. Üçüncü şəxslərin müdaxiləsi də var idi. Sonda başa düşdük ki, evlənmək bizim kimi insanlar üçün deyil".

BAKU.WS xəbər verir ki, bu sözləri "Səhərin səsi" verilişinə qonaq olan repçi Dado deyib. Keçmiş həyat yoldaşı, müğənni Natavan Həbibi ilə münasibətlərindən danışan repçi övladı Zeyd Əlinin əlüstündə tutulduğunu vurğulayıb:

"Münasibətimiz yaxşıdır, sağ olsunlar. Anası da, bacısı da övladımı padşah balası kimi böyüdürlər. Onların qarşısında baş əyirəm".

Qeyd edək ki, evliliklərindən qısa müddət sonra həyat yollarını ayıran Dado ilə Natavanın Səid adlı azyaşlı övladları var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər