Dadaşova TƏƏCCÜBLƏNDİRDİ: "Bakının dərdi var, adət-ənənəsini qoruya bilmir" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakının dərdi var, söyləyə bilmir. Ağız deyəni qulaq eşitmir. Ədəb-ərkan pozulsa belə kəsdiyi çörəyi danmır, itirmir. Yaxşı niyyətindən dünya danışır. Qonaqla tez dil tapır. Qaynayır, qarışır. Vəfalı, ziyalıdır, gözü götürməyəni çox, mənim kimi başı bəlalıdır. Müasir olduğu qədər, sadədir, həyalıdır".
BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında yazıb. Sənətçi paytaxt Bakı ilə bağlı yazdığı qeyr-adi fikirlərinə bunları da əlavə edib:
"Abırına sığınıb danışmır, dinmir. Adət-ənənəsini qoruya bilmir. Bakının dərdi var. Şikayət etmir. Ağız dediyini qulaq eşitmir. Mənim şirin-şəkər, gözəl şəhərim. Bəzən mülayim, bəzən fırtınalı, bəzən küləkli şəhərim. Hüseyn Cavid, Müşviq, Əhməd Cavaddır, boğazımda qəhərim..."
Dadaşova bu paylaşımlarına ümumilikdə "Ürəyimdən gələn sözləri qafiyələrə çevirdim, Bakımıza həsr etdim" sözlərini əlavə edib.
Oxşar xəbərlər
Brilliant Dadaşova: "Demədiyim sözləri yazdılar, guya mən demişəm ki..." - VİDEO
Xalq artisti Brilliant Dadaşova yeni açıqlaması ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, bir neçə gün əvvəl koronavirusa yoluxub sağalan sənətçi instaqram hes...