Cenifer Lopez gözəllik sirrindən danışdı: "Belə olmaq üçün çox əziyyət çəkmişəm" (FOTO)
Tanınmış pop ulduz, aktrisa Cennifer Lopez gözəllik sirrlərindən danışıb.
BAKU.WS məlumat verir ki, müğənni "US Weekly" jurnalına açıqlamasında gözəlliyini qorumaq üçün çox əziyyət çəkdiyini, spirtli içkilərdən və siqaretdən uzaq durduğunu deyib:
"Yaşlanmaq insanın dərisinə mütləq təsir edir. Buna görə gözəlliyimi qorumaq üçün çox çalışıram Qidalanmamda göyərtilərə çox üstünlük verirəm. Bol göyərti yeyirəm. Yaxşı ki, əkizlərim də göyərtini xoşlayırlar. Evimizdə ən çox brokoli, Brüksel kələmi, qulançar, lahana və digər göyərtilər yeyilir".
Yemək bişirməyi sevən Lopez, mətbəxdə tez-tez vaxt keçirdiyini bildirib:
"Çoxlu yemək bişirirəm. Xüsusilə də, Puerto-Riko yeməklərini".
46 yaşlı pop ulduz idmanla məşğul olmağın vacibliyini, dərisinin günəşdən qoruduğunu qeyd edib:
"Heç vaxt günəşin altında çox qalmıram. Günəşin altında qalmağım lazım olanda mütləq qoruyucu kremlərdən istifadə edirəm. İdmanla mütəmadi məşğul oluram. İki idman müəllimim var. Biri şəhərdə olmayanda digəri ilə idmanla məşğul oluruq".
Dünyaca məşhur aktrisa 10 saat yatmağın ona çox yaxşı təsir etdiyini deyib:
"10 saat yatanda özümü gümrah hiss etdirəm. Ancaq buna hər zaman fürsət tapmıram. Bəzən 7 saat yatmaqla da kifayətlənməli oluram".
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Cennifer Lopez və Adriana Lima anaları ilə (FOTO)
Dünyaşöhrətli model Adriana Lima və müğənni-aktrisa Cennifer Lopez şəxsi İnstaqram hesablarında anaları ilə birgə fotolarını paylaşıb. BAKU.WS məlumat verir ki...