Cavanşir Məmmədov: Xəyanəti yaradan ərlə arvad arasındakı androloji-seksoloji problemlərdir - VİDEO

Cavanşir Məmmədov: Xəyanəti yaradan ərlə arvad arasındakı androloji-seksoloji problemlərdir - VİDEO
Video
Şou-biznes 133

Əməkdar artist Cavanşir Məmmədov yeni açıqlaması ilə gündəm olub.

BAKU.WS xəbər verir ki, "Elin sözü" verilişinə qonaq olan ifaçı aktual mövzulardan olan xəyanətdən danışıb. Əməkdar artist cütlüklər arasında xəyanətin seksoloji problemlərdən yarandığını deyib:

"Ərlə arvad arasında xəyanəti yaradan androloji-seksoloji problemlərdir. Kişinin zəifliyi, qadının kişini düzgün başa düşməməsi... Hər şey buradan başlayır. Günü-gündən kişi yatanda üzünü çevirir. Qadın da fikir edir ki, yəqin, kişi axşam başqa yerdən gəlib. Əslində yazıq heç yerdən gəlməyib".

Cavanşir Məmmədov bunları bilmək üçün kitab oxumağın vacibliyini vurğulayıb:

"Kişinin orqanizmi qadının orqanizmi ilə əks təsir göstərir, əks müqavimət göstərir. 45, 50 yaşdan sonra zəifləyir, qadında isə başqa cür olur. Bunları bilmək üçün kitab oxumaq lazımdır, ailə məsələsini dərindən müzakirə etmək lazımdır. Yoxsa ki, həkimin yanına gedirsən, deyir ki, müalicə edəcəm, demir ki, get, arvadınla gəl".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər