Cavanşir Məmmədov: "Oğlu, qızı zəng vurub ki, Günay atamın mahnısını niyə bu günə qoyub?" - VİDEO

Cavanşir Məmmədov: Oğlu, qızı zəng vurub ki, Günay atamın mahnısını niyə bu günə qoyub? - VİDEO
Video
Şou-biznes 312

Müğənni Günay İbrahimlinin ifa etdiyi "Ana Kürüm" mahnısı ilə bağlı qalmaqal yaşanıb.

BAKU.WS xəbər verir ki, prodüser Tarix Əliyevin "Tarixin bir günü" verilişinə qonaq olan Əməkdar artist Cavanşir Məmmədov sənətçinin bu ifanı bərbad günə saldığını bildirib. Məmmədov aşıq Pənahın qızı və oğlunun buna narazılıq etdiyini deyib:

"Bu yaxınlarda Aşıq Pənahın "Ana Kürüm" mahnısı səsləndirilirdi. Biz Firuzə xanımla da müzakirə etdik. Səsləndirilən ifada "Ana Kürüm" mahnısından əsər-əlamət yox idi. Mahnını ingilis ifası ediblər. Müğənni Günay İbrahimli oxuyub. İfanın əvvəlində balaban səsi var. Aşıq Pənahın oğlu, qızı zəng vurublar ki, "Atamın mahnısını niyə bu günə qoyub?"

Qeyd edək ki, Günay İbrahimli xalq tərəfindən sevilən klassik mahnını repertuarına salaraq onu ekranlaşdırıb.

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər