Cavanşir Məmmədov efirdə həmkarının xəyanətindən danışıb, "Ağıllı sevgi" adlandırdı - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov qalmaqallı açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Elgizlə izlə" proqramına dəvət olunan ifaçı azərbaycanlı, 94 yaşlı Əməkdar artistin evli olduğu halda başqa bir xanımla eşq yaşadığından danışıb. Məmmədov həmin şəxsə haqq qazandıraraq onlar arasında olan sevgini "Ağıllı sevgi" adlandırıb:
"İndi həmin Əməkdar artistin 94 yaşı var, tar ifaçısıdır. Soruşdum ki, sevgilin olub? Cavab verdi ki, olub. Deyirdi, xanımın yoldaşı rəhmətə getmişdi, bazarda tanış olduq. Soruşuram ki, necə görüşürdünüz? Deyir, ailəli idim, bir-birimizi sevirdik, ancaq evə zəng vura bilməzdi. Bazarın yanında məktəb var idi. Gəlirdim, orada yazırdım ki, gələn həftə filan yerdə görüşürük. Hər adam ağıllı sevgi ilə sevə bilmir. Ağıllı sevgidir ki, xanımına bildirməyib".
Cavanşir Məmmədovun bu fikirləri verilişin aparıcısı Elgiz Əkbəri əsəbiləşdirib. O həmin cütlüyün ünvanına "Eyibdir. Abırsızlar" kimi sözlər səsləndirib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
