Canlı efirə gələn zəng Bəyazın başına bəla oldu (VİDEO)
Ötən həftə Türkiyənin məşhur verilişi olan "Bəyaz Şou"nun canlı efirinə gələn telefon zəngi böyük səs-küyə səbəb olub.
BAKU.WS məlumat verir ki, canlı efirə zəng edərək özünü Ayşe Çelik kimi təqdim edən və müəllimə olduğunu deyən bir qadın ölkənin şərqində təhlükəsizlik xidməti tərəfindən insanların, əsasən qadınların və uşaqların öldürüldüyünü deyib. Qadın Bəyazitə "Bir sənət adamı kimi buna siz də etiraz etməlisiniz" deyib. "Sülh və barış" mesajları səsləndirən qadının dediklərini aparıcı Bəyazit Öztürk təsdiqləyib və tamaşaçılarla birlikdə alqışlayıb.
Bir müddətdən sonra bunun təxribat olduğu məlum olub. Diyarbəkirdə o adda elə bir müəllimə və qadın olmadığı müəyyən edilib. Məsələ ilə bağlı prokurorluq orqanları araşdırma aparır. Naməlum qadına qarşı "terror təşkilatını təbliğ etmək" maddəsiylə cinayət işi açılıb.
Eyni zamanda canlı yayımda o fikirlərin səsləndirilməsinə yol verdiyi üçün Bəyazitə qarşı da cinayət işi açılıb. Aparıcı Kanal D-nin xəbər proqramında efirə çıxaraq baş verənlərə görə xalqdan üzr istəyib. O, həmin anda qadının sözlərindən çox təsirləndiyi üçün onun əsl məqsədinin nə olduğunu başa düşmədiyini deyib:
"Çox məyus oldum, məni illərdir tanıyan insanlar bilir ki, verlişimdə heç vaxt siyasətə yer verməmişəm. 20 ildir televiziyyada fəaliyyət göstərirəm və 20 ildə ilk dəfə başıma belə bir şey gəlir. Artıq illərdir mövqeyim də, fikirlərim də xalqa məlumdur. Vətənə, millətə, bayrağa nə qədər bağlı olduğumu da bilirlər. Təxribatçıların diqqətinə çatdırmaq istəyirəm ki, məni öz çirkli oyunlarınızda istifadə etməyə çalışmayın".
BAKU.WS
Oxşar xəbərlər
Canlı efirdə gözlənilməz hadisə (VİDEO)
Xarici kanalların birində canlı efirdə biabırçılqı yaşanıb. BAKU.WS-in məlumatına görə, canlı yayımlanan verilişlərin birində gənc qadın geyimlərlə bağlı məlum...